2018-ci ilin noyabr ayının 6-sında keçirilmiş seçkilərin nəticəsinə əsasən səs çoxluğu ilə qalib gələn lezbiyan, gey və biseksual fərdlərin sayı ABŞ tarixi ərzində maksimum həddə çatmışdır. İkisi senata, səkkizi nümayəndələr palatasına olmaqla ümumilikdə on LGB fərdi konqresdə təmsil olunmaq hüququ qazanmışdır. Siyasətçilərin bu “göyqurşağı dalğası” 100-dən çox qadın, 50-dən çox qaradərili üzvün, 39 latın üzvün, 2 yerli amerikan qadın, və 2 müsəlman qadının təmsil olunduğu tarixin ən rəngarəng konqresinə qoşulub. Qeyd etmək lazımdır ki, bu 10 LGB fərd sadəcə öz cinsi yönəlim və kimliklərini açıq şəkildə dilə gətirənlərdir. Hələ də gizli qalan LGBT+ fərdlərin varlığı istisna olunmur. Həmin 10 fərdi sizə təqdim edirik.
Tammy Baldwin- Senator
Wisconsin əyalətini təmsil edən Tammy Baldwin tarixdə ABŞ senatına seçilən ilk lezbiyan siyasətçidir.
David Ciciline- Nümayəndə
David Ciciline 2011-ci ildən bəri Rhode adasının birinci qəsəbəsini konqresdə təmsil edən ilk açıq homoseksual kişidir.
Angie Craig- Nümayəndə
Angie Craig Minnesota ştatının ikinci qəsəbəsini təmsil etməyə yeni seçilmiş nümayəndədir.
Sharice Davids- Nümayəndə
Sharice Davids tarixdə ilk dəfə Kansas ştatından konqresə seçilmiş açıq LGBTQ fərdi və yerli amerikan qadındır.
Katie Hill- Nümayəndə
Biseksual olan Katie Hill 2018-ci il seçkilərində homofob Steve Knighta qalib gələrək Kaliforniya ştatının 25-ci qəsəbəsini təmsil etmək hüququ qazanmışdır.
Sean Patrick Maloney- Nümayəndə
Gey siyasətçi Sean Patrick Maloney seçkilərdə bir daha qalib gələrək NyuYorkun 18-ci qəsəbəsini təmsil etməyə davam edəcək.
Chris Pappas- Nümayəndə
Demokrat Chris Pappas açıq geydir və Nyu Hampshire ştatının 1-ci qəsəbəsindən nümayəndələr palatasına seçilmişdir.
Mark Pocan- Nümayəndə
Keçmiş biznes sahibi və açıq gey Mark Pocan nümayəndələr palatasına ilk dəfə 2013-cü ildə seçilmişdir. Hazırda o Visconsinin 2-ci qəsəbəsini təmsil etməyə davam edəcək.
Kyrsten Sinema- Senator
Gərgin seçki mübarizəsindən qalib ayrılan açıq biseksual olan Kyrsten Sinema Arizona ştatından senatda təmsil olunmaq hüququ qazandı.
Mark Takano- Nümayəndə
Mark Takano 2013-cü ildən bəri Kaliforniya ştatının 41-ci qəsəbəsinin nümayəndəsidir. O, bu vəzifəyə seçilən ilk asiya əsilli gey kişidir.
Bəs LGBT+ fərdlərinin sayının maksimuma çatması nəyi dəyişdirəcək?
LGBTQ Qələbə İnstutunun prezidenti Mayor Annise Parker “göyqurşağı dalğası” haqqında danışarkən bildirib: “ABŞ konqresində təmsil olunacaq LGBTQ fərdləirinin tarixi sayı və nümayəndələr bərabərlik haqqında qanunların qəbulunda böyük rol oynayacaq.” “Bərabərlik Aktına qarşı çıxanlar artıq 2 açıq homoseksual senatorun gözlərinin içinə baxaraq onların həyatlarının qorunmağa dəymədiyini deməlidirlər” deyə Parker əlavə edib.
亚博体育 亚博体育 亚博体育 亚博体育 开云体育 开云体育 开云体育 开云体育 乐鱼体育 爱游戏体育 华体会体育 华体会体育