top of page

Dünyanın 10 Məşhur Lezbiyan Qadını



Homoseksuallıq mövzusunun müzakirəsi ilə bağlı həmişə tabu hökm sürüb. Əksəriyyət öz oriyentasiyasını həmişə gizli saxlamağa çalışıb. Və yalnız 21-ci əsrdə homoseksuallıq, biseksuallıq, vəs. ilə bağlı mövzular ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bir çox adamlar öz cinsi kimliklərini gizli saxlamağa çalışsalar da, digərləri yeri gəlmişkən, ən məşhurlar da, ictimaiyyət qarşısında oriyentasiyaları ilə bağlı etiraflardan çəkinmirlər. Sizə öz cinsi yönəlimlərini açıq şəkildə bəyan edən və ya paparatsilər tərəfindən aşkara çıxarılan homoseksual qadınlardan (lezbiyanlardan) bəzilərini təqdim edirik.

Qeyd: Lezbiyan termini qədim yunan şairəsi Sapfonun doğulduğu və yaşadığı Lesbos yunan adasının adından götürülüb. Onun yazdığı şeirlər sonralar qadınlar arasında eynicincli sevginin tərənnümü kimi qəbul edilmişdir.


Lindsey Loxan Bu gənc aktrisa rəsmi olaraq öz oriyentasiyasını etiraf etməsə də, ictimaiyyət qarşısında dizayner Donna Koranla ehtirasla öpüşməklə, bir növ buna işarə edib. Lindseyin Kortni Semel (“Yahoo” sahibinin qızı) və onun yaxın rəfiqəsi Samanta Ronson ilə də sevgi macəraları haqqında məlumatlar hamıya bəllidir.


Judi Foster

Digər hollivud ulduzlarından fərqli olaraq Judi öz şəxsi həyatını dəmir pərdələr arxasında gizlətməyi bacarır. İctimaiyyət qarşısında demək olar ki, görünmür, kişilərin iştirak etdiyi mərasimlərdə isə onu nadir hallarda görmək mümkündür. O, telefonlara cavab vermir, bir sözlə, paparatsilərdən ötrü ən “möhkəm qozdur”. Lakin, iki dəfə “Oskar” mükafatı laureatı olan Judi Foster, bu ilin yanvarında “Qızıl qlobus” mükafatlarının təqdimetmə mərasimində öz oriyentasiyası barədə etiraflarda bulunub.


Cenni Şimitsu

Məşhur top-model Cenni Şimitsu isə lezbiyan olduğunu heç vaxt gizlətməyib. O, öz oriyentasiyasından heç vaxt utanıb-çəkinməmiş və bundan çox rahatlıqla söz açmışdır. Cenni şəxsən özünün Naomi Kempbel, Madonna, Ancelina Coli, Rebekka Lus kimi məşhur ledilərlə sevgi əlaqələri barədə danışmışdır. Həmçinin Madonna üçün necə seksual kölə olmasından, ilk zəng gələn kimi onun erotik fantaziyalarını təmin etməkdən ötrü yanına necə qaçdığından söz açmışdır.


Marlen Ditrix

Aktrisa Marlen Ditrixin məşuqələri arasında Edit Piaf və Mersedes de Akosta kimi məşhur qadınlar olub. Ditrixin öz cinsindən olanlarla seksual sərgüzəştləri onun gündəliyi tapıldıqdan və məşuqələrinin kodlaşdırılmış adları və görüşdükləri tarixlər öyrənildikdən sonra üzə çıxib. Gündəlikdən də görünür ki, o, qadınlarla qeyri-adi, coşqun seksə mübtəla olub. Belə ki, bəzən gün ərzində onun yatağında bir neçə qız olubmuş.


Martina Nvratilova

Martina Navratilova – Çexoslavakiya və ABŞ-ın ən məşhur və görkəmli tennisçilərindən biridir. Martina valideynlərinə öz seksual oriyentasiyası barədə 18 yaşında məlumat verib. Həmin vaxt atası ona belə cavab verib: “Kaş ki, sən fahişə olaydın”. Çexoslovakiyada o dövrlər cəmiyyət lezbiyanları qəbul etmirdi. Onlara nifrət edir, homoseksualları ruhi xəstələr üçün olan səhiyyə məntəqələrinə yerləşdirirdilər. Nəticədə Martina ABŞ-a mühacirət etmək məcburiyyətində qalır, lakin, ilk dövrdə orada da öz oriyentasiyasını gizlədirmiş. Martina Navratilova öz homoseksuallığını etiraf edən ilk idmançıdır. Bir dəfə o, belə söyləyib: “Mən lezbiyanam və bundan qürur duyuram!” Martinanın qadın yazıçı Rita Mey Braun ilə sevgi romanı olub. Daha sonralar isə o, digər qadın yazıçı Cudi Hill Nelsonu ərindən ayıraraq, öz məşuqəsinə çevirib.


Sintiya Nikson

“Böyük şəhərdə seks” serialında peyda olduqdan sonra Sintiya məşhurluq qazandı və onun da həyatı medianın diqqət mərkəzinə düşdü. Çox tezliklə onun qadın məşuqəsi üzündən ərini atması barədə şayiələr dolaşmağa başladı. Lakin, şayiələr heç də əsassız deyilmiş, belə ki, Sintiya Nikson sevdiyi qadın Kristina Marinoni ilə nikaha girəcəyini aşkar bəyan etdi. Aktrisa bu haqda eyni cinsli nikahlara dəstək məqsədilə keçirilən “Love, Pease and Marriage Equality” rallisində məlumat verdi. Hazırda Sintiya və Kristina eyni cinsli nikahdadılar və Sintiyanın sözlərinə görə, onlar çox xoşbəxtdirlər. Yeri gəlmişkən, Sintiyanın üç uşağı var – ikisi öz əvvəlki ərindən, biri isə Kristinadan (üçüncü uşağın bioloji atası haqda heç nə məlum deyil).


Tuve Yanson

“Mumi-ruhlar” adlı kitabının çapından sonra məşhurluq qazanan yazıçı, illüstrator və rəssam Tuve Yanson da sən demə, lezbiyan imiş Baxmayraq ki, o, 35 yaşına kimi əks cinslə aktiv ünsiyyətdə olub və hətta nişanlanıbmış da. Lakin, sonra öz homoseksuallığını tam dərk edən Tuve, qəti olaraq qadınlara meyl etməyə başlayıb.


Melani Braun

Mediaya məlum olduğu kimi, Melani Braun məşhur Spice Girls musiqi qrupundandır. O, iki il eyni vaxtda iki lezbiyanla əlaqədə olub. Bu barədə onun sevgilisi məlumat verib. Öncə Melanin Krista Parker ilə romanı başlayır. Onunla uşaqlarının təhsil aldığı məktəbin darvazası önündə tanış olmuşdu. Tezliklə Kristi Melanini seks-şopda satıcı işləyən rəfiqəsi Elizabet Rodrigeslə tanış edir. Bundan sonra (2005-ci il) onlar üçlükdə görüşməyə başlayırlar. Miss Parker “The Sunday” qəzetinə müsahibəsində deyib: “Buna qədər mən yalnız bir qadınla sekslə məşğul olmuşdum, lakin Melani olduqca təcrübəli idi. O, əla öpüşür”. Krista isə söyləyib ki, Melani həm də kişilərlə də görüşürmüş. Onların münasibətlərinə Melani Braunun prodüsser Stiven Belofonteyə ərə getməsindən sonra son qoyulub.


Rozi O Donnell

Rozi O Donnel – komediya janrında amerikan aktrisasıdır, prodüsserdir, müğənnidir, bloqqerdir, tele-aparıcıdır və sadəcə istedadlı və güclü qadındır. O, öz homoseksuallığını 2002-ci ildə açıq şəkildə bəyan edib. Uzun müddət belə şayiələr gəzirdi ki, Opra Uinfri ilə Rozi məşuqədirlər. Lakin, sən demə belə deyilmiş, onlar sadəcə yaxşı rəfiqəymişlər.

841 görüntüleme

Comments


bottom of page