top of page

Stonvol Hadisəsi

1969-cu il hadisəsi LGBT+ tarixində dönüş nöqtəsi oldu


28 iyun 1969-cu ildə 4 polis işçisi Nyu-Yorkun Qrinviç qəsəbəsində yerləşən Stonvol İn adlı gey klubda reyd keçirməyə başlayır. Polislər içki lisenziyası olmadan içki satdıqlarına görə klub idarəçilərini həbs edirlər. Həmçinin, polislər qeyri-qanuni şəkildə öz cinslərinə xas olmayan şəkildə bəzənmiş şəxslərdən kimliklərini təqdim etməyi tələb etdilər. Bu hal "Stonvol İn" və Nyu-Yorkun digər gey barlarında tez-tez təkrarlanırdı, lakin həmin gecə tam fərqli nəticələndi.


Stonvol İn-in meneceri və hadisə şahidi Mixael Levin dinlənmə zamanı “Kristofer küçəsinə girdik. Orada təxminən 100 polis maşını və böyük bir kütlə bizi gözləyirdi” deyə bildiriblər.

Uzun müddətdir ki davam edən polis reydlərindən təngə gəlmiş klubun idarəçiləri və kluba əylənməyə gələn dəstəkçilər get-gedə artan polis təzyiqinə qarşı qəpik və digər əşyalar atmağa başladılar. 10 polis barın içində barikada qurmağa çalışsa da, narazı kütlə barikadanı yandırır. Draq kuinlər və müxtəlif irqə məxsus trans qadınlar çaşqın ixtişaşın ortasında sədd çəkməyə başlayılar.


“Draq kuinlər xor şəklində polisə “biz getmirik” deyə qışqırırdılar. Onlar klubun qabağında sədd quraraq rəqs etməyə başladılar. Onlar puerto rikolu draq kuinlər və irland polislər idi” Levin deyir.

“İkinci gecədə qəzəb və mübarizə daha kəskin idi” hadisə iştirakçısı Dani Qarvin “Stonvol Üsyanı” adlı sənədli filmdə bildirir. “Geriyə dönüş yox idi. Geriyə dönüş yox idi. Biz özümüzündə xəbərsiz olduğumuz gücümüzü kəfv etmişdik.”


Sonrakı günlərdə polisin görünməmiş qəddarlığı və etirazçıların mübarizəsi media başlığına çevrildi. Hadisənin işıqlandırılması həm də gey, lezbiyan və trans fərdləri bir il sonra Nyu-York, Los-Anceles, Çikaqo və San Fransiskoda ilk gey paradı təşkil etməyə ruhlandırdı.



Stonvol İğtişaşı Niyə Baş Verdi?


Polis reydləri həmin dövrdə adi hala çevrilmişdi səbəb isə içki lisenziyası qanunun Nyu-Yorkdakı barları “anormal” hesab olunan LGBT+ fərdlərinə xidmət göstərməkdə ittiham edərək lisenziyalaşdırmaması idi. Buna görə də, gey barlar qeyri-qanuni şəkildə fəaliyət göstərirdilər.

Əlavə olaraq, həmin dövrdə İllinois ştatı istisna olmaqla bütün ştatlarda homoseksuallıq qeyri-qanuni idi. “Qarşı cinsə xas” geyim geyinmək və bəzənmək qanunla qadağa olunmuşdu.



Aktivist Dik Letiçin sözlərinə görə bu tarixi hadisənin Nyu-Yorkun digər barlarında deyil məhz Stonvolda baş verməsinin səbəbi buranın draq kuinlərin, trans qadınların və evsiz gey gənclərin sadəcə 3 dollar ödəməklə içəri daxil ola bildiyi yer olması idi.

“Onların şəhərdə bu tolerant və açıq gey klubdan başqa itirməyə heç nələri olmadığı üçün reydlər zamanı qorxmadan mübarizə apardılar.”


Stonewall Inn
Stonvol In barı

Hazırda Nyu-Yorkun Qrinviç qəsəbəsində Kristofer 53 küçəsində yerləşən bar LGBT+ fərdlərin və onların dəstəkçilərinin yığışıb söhbət etdikləri, içki içərək rəqs etdikləri yerə çevrilib.


 

Bunlara da bax:

63 görüntüleme

Comentarios


bottom of page