top of page

Göyqurşağı bayrağının tarixi



Gilbert Baker

İlk gay qürur bayrağı Gilbert Baker tərəfindən yaradılıb və tarixdə ilk dəfə 25 İyun 1978-ci ildə San-Fransiskoda keçirilən “Gay Azadlıq Günü Paradında” istifadə olunmağa başlanıb. Bakerin bu bayrağı Judy Garlandzın “Göy qurşağı üzərində” mahnısından ilhamlanaraq yaratdığı ehtimal edilir, lakin özünün də dediyinə görə Bakerin bu bayrağı hippi hərəkatının bayrağı və o zaman hərəkatın aktivistlərindən olan homoseksual Allen Ginsbergin ideyalarından qaynaqlanır. Baker tərəfindən hazırlanan ilk Gay qürur Bayrağı üfiqi 8 zolaqdan ibarət idi. Bu bayraq ilk dəfəSan-Fransiskoda keçirilən “Gay Azadlıq Günü” paradında dalğalandırılmışdır. 1979-cu ildən bu günə qədər rəsmi 6 rəngli bayraq eynidir və onun dünya boyunca məşhurlaşması 1979-cu ilə təsadüf edir, bu zaman Amerika Vətəndaşı olan John Stout Qərbi Hollivuddakı evinin eyvanından bayrağı asa bilməsi üçün məhkəmə qaydasında ona əvvəlcədən edilmiş qadağanı ləğv etdirə bildi.Bakerin bayrağı onun dizayn etdiyi kimi 7 deyil 8 rəngli istehsalına etiraz edən şirkət, San fransiskoda tünd çəhrayı rəng istehsal edən fabrikanın olmamasını səbəb kimi göstərmişdi. 1979-cu ildə bayraq yenidən modifikasiya edildi, beləki mərkəzi küçələri bəzəyən göy-qurşağı bayraqlar vertikal asıldığından onun bir rəngi sütünla üst-üstə düşür və görünmürdü. Bu problemi həll etməyin isə ən sadə yolu bayrağı yenidən dizayn etmək idi ki, bu zaman bayraqdan firuzeyi rəng də götürldü və artıq yeni dizaynda 6 rəng var idi. Dünyanın ən böyük bayrağı isə yenə də Baker tərəfindən Stonevall Riotsun 25-ci ildönümü münasibəti ilə harzılanıb, eni 30 Fut olan bu bayrağın hazırlanmasına 1 aydan çox vaxt sərf olunub və tədbirdən sonra bayraq hissələrə ayrılaraq dünyanın müxtəlif ölkələrinə gay paradlarda və gay etiraz aksiyalarında istifadə edilməsi üçün göndərilib. (Rekord rəsmi olaraq Ginessin Rekordlar Kitabına Salınıb) 2003-cü ilin İyununda ilk Gay qürur bayrağının yaradılmasının 25-ci illiyi tədbirləri zamanında 8 rəngli bayraqlar da yenidən Gay qürur Paradlarında istifadə olunmuşdur. Bu gün də 6 rəngli bayraq ümümdünya gay, lesbian, transseksual və biseksualların simvou hesab edilir

96 görüntüleme
bottom of page