top of page

Heteroseksuallığın Tarixi



Heteroseksuallığın insanoğlunun varoluşu qədər tarixi var. İlk insan olan Adəm və Həvvanın günümüzdəki heteroseksuallar kimi davrandıqlarını düşünürük. Heteroseksuallıq dəyişməz, universal və tarixidir. Bəs bu doğrudan mi belədir? Bu fərziyyələrə zidd olaraq heteroseksuallıq konsepti müasir kəfşlərdən biri olub 19-cu əsrin sonlarına təsadüf edir. Bu yazımızda günümüzdəki heteroseksual anlayışının yaranması və keçdiyi tarixi yoldan bəhs edəcəyik. Heteroseksual konseptinin yaranışını araşdırmadan sadəcə homoseksuallara yönəlsək bu heteroseksuallığın yalnız “normal” və “natural” yönəlim olduğu anlamına gələr, və tədricən heteronormativ hökmranlığın bərqərar olmasına zəmin yaradar.

Öncə qeyd edək ki bizim hazırki anlayışımıza zidd olaraq qədim insanlar cinəlliyi, şəhvəti, və cinsi təmamilə fərqli şəkildə adlandırmış və qəbul etmişlər. Buna görə də əgər bu tarixi cinsi müxtəlifliyi anlamaq istəyiriksə cinsi yönəlimlər barəsində olan anlayışlarımızı bir kənara qoymalıyıq. İndi isə heteroseksual anlayışının yaranma tarixini daha yaxından nəzərdən keçirək.


Heteroseksuallıqdan əvvəl: Erkən Viktoriya Saf Sevgi, 1820-1860

XIX əsrin əvvəllərində qədim Amerikada heteroseksuallar mövcud olmamışdır. Orta təbəqə amerikanlar “əsl kişilik”, “əsl qadınlıq” və “əsl sevgi” ideyalarını formalaşdırmışdılar. Bütün bunlar “şəffalığın” ətrafında birləşmişdi- erotikadan azad. Qədim ədəbiyyat və dini yazılara əsasən bu “saf sevgi” şəhvətdən kənar eşq idi və yalnız çoxalma, nəsilartırma funksiyasını daşıyırdı. Həmin anlayışa görə kişi və qadınlar arasında seks sadəcə nəsilartırmaq üçün bir vasitə idi, şəhvət və erotikadan təmamilə uzaq idi. Kişi və qadınlar intim hisslərə malik varlıqlar və ya heteroseksuallar olaraq deyil nəsilartıranlar kimi qəbul olunurdu və penis və vagina sadəcə çoxalmaq üçün vasitə olaraq görülürdü.


Qədim Viktoriya dövrü, 1860-1892

1860-cı ildən 1892-ci ilə qədər qədim Amerika və Almanyada müasir anlayış olan heteroerotika yaranmağa və inkişaf etməyə başladı, və qarşı cinsə qarşı şəhvət hissləri daha geniş şəkildə qəbul olundu. Bu illər ərzində Birləşmiş Ştatlarda ailə formasının istehsalçıdan istehlakçıya keçid etməsi fərdlərin öz bədənlərinə olan münasibətlərində dəyişikliyə gətirib çıxardı. İnsan bədənin yalnız nəsilartırmaq üçün vasitə olması ideyası öz qüvvəsini itirməyə başladı və cinsi həzz məhvumu ortaya çıxdı. Bu dövrün qəzetlərində, kitablarında, tamaşa və filmlərində erotikaya yer verilməyə başladı, pul müqabilində intim əlaqəyə şərait yaradan restoran, bar və hamamlar açıldı. Tibb işçilərinin rolu artmağa başladı və onlar artıq yeni cinsi yönəlim haqqında danışmağa başladılar. Elm adı altında fəaliyət göstərən həkimlər qadın və kişidən ibarət cütlüyü normal erotik cütlük adlandırırdılar. Əvvəl şəhvət hisslərinə sahib qadınları “nimfomaniak” adlandıran həkimlər artıq bəzi qadınlarda erotik hisslərin azlığını psixi pozuntu olaraq görürdülər. 1880-ci illərə qədər həkimlər artıq kişi qadın arasındakı erotikanı “Normal Sevgi” adlandırmağa başladılar və bu ideya erkən Viktoriya dövrünün “Saf Sevgi” anlayışına qarşı alternativ kimi irəli sürülmüşdü.

Heterosekksuallıq İlk İllərdə, 1892-1900

Bu 8 illik period amerikan həkimlərin hetero və homo anlayışlarını formalaşdırdığı əsas mərhələ hesab olunur. “Heteroseksual” sözünü ilk dəfə Çikaqoda 1892-ci ilin may ayında dərc olunmuş tibbi jurnalda doktor Cames G. Kierman işlətmişdi. Lakin, Kierman bu anlayışı normallıq olaraq deyil fiziki hermafroditlik (hər iki çoxalma orqanına sahib olmaq) kimi təyin etmişdi və bunu anormallıq adlandırmışdı. O, əks cinsə qarşı cinsi marağı normal qəbul etsə də xüsusi adlandırmamışdı. 1892-ci ildəki bu məqalə həmçinin tarixdə “homoseksual” sözünün ilk işləndiyi mənbələrdən biridir. Kierman homoseksuallığı fərdin həmcinsinə qarşı keçirdiyi şəhvət hissləri olaraq görmüş bu əlaqələrdə nəsilaartırmanın mümkünsüzlüyünü nəzərə alaraq bunu sosial normalardan kənar, anormal adlandırmışdı. Həmin ildə doktor Krafft-Ebinqin Psixopatik Cinsəllik məqaləsi ilk dəfə tərcümə olunaraq Birləşmiş Ştatlarda dərc edildi. Krafft-Ebinq heteroseksuallığı müasir anlayışımıza uyğun olaraq “qarşı cinsə qarşı cinsi maraq”, homoseksuallığı isə “həmcinsə qarşı cinsi istək” olaraq təyin etmişdi. Kiermandan fərqli olaraq Krafft-Ebinq heteroseksuallığı və homoseksuallığı “psixi cinsi hermafroditlik”dən fərqləndirmişdi. Krafft-Ebinq də öz yazılıarında çoxalmanı əsas meyar olaraq götürmüşdü və bu funksiyanı həyata keçirə bilməyən həmcins münasibətləri normadan kənar olaraq göstərmişdi.

Heteroseksual Mistikasının Yayılması, 1900-1930

Yarandığı ilk illərdə termin insan anatomiyasına uyğun çoxalma, nəsilartırma ehtiyacının əvəzində işlənirdi. XX əsrin əvvəllərində azalan doğum səviyəsi, artan boşanmalar, və “cinslər arası müharibə” əsas problemlərdən biri idi və buna görə də heteroseksual münasibətlər doğum səviyyəsinin artırılması, ailələrin stabil saxlanılması fonunda daha çox dəstəklənməyə başlandı və normaya çevrildi. Yeni terminin ilk hissəsi olan “hetero” cinsi müxtəliflik demək idi və kişi-qadın cinsi münasibətlərinin universal norm olaraq görülməsindən qaynaqlanırdı. Burada əsas diqqət kişi və qadınlar arasındakı bioloji və sosial fərqləri qabartmaq idi.

Heteroseksuallığın Önə Çıxması, 1930-1945

1930-cu il 20 Apreldə “heteroseksual” sözü New-York Times jurnalında ilk dəfə istifadə olundu. Burada müxtəlif cinsəlliklər arasında dəyişkənliyin müxtəlifliyi qeyd olunurdu. Bundan sonra Sentyabr ayında ikinci dəfə bu termin gözə çarpdı və heteroseksuallıq norm olaraq göstərilirdi. Beləliklə, yeni cinsi kateqoriya olan heteroseksuallıq dar çərçivələrdən çıxaraq milli və hətta beynəlxalq səviyyədə qəbul olunmağa başladı.

Heteroseksual Hegemonluq, 1945-1965

Qadınların ev işləri, analıq və uşaqlara qayğı göstərmək, kişilərın isə atalıq və evə maaş gətirməklə təcəssüm olunduğu İkinci Dünya Müharibəsi illərində heteroseksuallıq özünün ən pik nöqtəsinə çatdı. Bu dövrdə konservativ psixi həkimlər köhnə ideya olan heteroseksuallıqla nəsilartırmanın arasındakı əlaqəni daha geniş araşdırırdılar. Feminen qadınlıq və maskulin kişilik ideyalarının tüğyan etdiyi müharibədən sonrakı dövrdə homoseksuallıq “nəsilartıra bilməmək” kimi qəbul olunurdu. 1948-ci ildə Alfred Kinseyin Sexual Behaviour in the Human Male jurnalında dərc olunan məqaləsinə görə cinsi davranışlarda geniş müxtəliflik mövcuddur. Buradan sual ortaya çıxır: nə “normal” və ya “anormal”dır? Məqaləyə əsasən həmcins davrnanışlar düşünüldüyündən daha çox yayılıb və əsasən hər ikisindən ibarət təcrübələr yaşanır. Kinseyin sözlərinə görə dünya yalnız heteroseksuallardan və homoseksuallardan ibarət deyil. “İnsan təfəkkürü bu kateqoriyaları yaradır və faktları bu kateoriyalara uyğunlaşdırmağa başlayırlar” deye bilirib. O “normal” və “anormal” anlayışlarının elmi əsası olub olmaması haqqında tərəddüd edirdi və gəldiyi qənaətə əsasən çoxluğun qəbul etdiyi normal qebul edilir.


Alfred Kinsey

Heteroseksuallıq Sorğulanır, 1965-1982

1960-cı illərin sonuna qədər anti-mentalitetçilər, çiçəklənməkdə olan feminism hərəkatının iştirakçılar və homoseksual hüquq müdafiəçiləri qadınlara yönəlik cinsi istismarı, xüsusilə ailə və evliliyi və heteroseksuallığı müxtəlif formalarda sorğulamağa başladılar.

Heteroseksual Tarix- Kölgədən Kənar

Heteroseksuallıq əslində Adəm və Həvva qədər qədim deyil çünki bu adi bir sözdən daha çox özündə normaları və rolları, fərdi və qrup kimliyi, hissiyat və davranışları ehtiva edən XIX əsrin sonu XX əsrdə yaranmış bir konseptdir. Heteroseksuallığı konsept olaraq qəbul etməklə bu davranışların varlığının ad verilmədən öncə yarandığı qənaətinə gəlinir. Başqa sözlə desək, heteroseksual davranışlar “heteroseksual” konseptinin yaranmasından daha əvvəl mövcud idi, lakin bu konseptin yaranması heteroseksuallığı sosial bir instut olaraq tədqiq etməyə böyük təkan verdi. Heteroseksuallığın tarixinin tədqiqatı heteroseksuallığı, homoseksuallığı və digər bütün seksual konseptləri bioloji sferadan çıxarıb sosioloji sferada təqdim etməyə vəsilə oldu. Lakin hələ də cavabını gözləyən müxtəlif suallar qalmaqdadır: Seksual davranışları kateqoriyalara bölməyin məqsədi nədir? Sosial dünyamızı “heteroseksual” və “homoseksual” olaraq ikiyə ayırmaq kimlərə sərf edir? Seksual davranışlarımıza müxtəlif adlar vermək vacibdir mi?

38 görüntüleme
bottom of page