1 Nis 20202 dk.
Transgender fərdlər tarix boyu mövcud olsalar da onların varlığı, gördüyü işlər və apardıqları mübarizə tarix kitablarında yer almır. Əgər LGBTK+ tarixi haqda maraqlanırsınızsa onlardan bəziləri haqda filmlərdən məlumat ala bilərsiniz, lakin bu yazımızda sizə haqqında danışılmayan və ya çox az danışılan 10 trans fərd haqda söhbət açacayıq.
Amerikalı caz ifaçısı Billi Tipton öz karyerasına KFXR adlı musiqi qrupuna rəhbərlik edərək başlayıb. Birləşmiş Ştatların müxtəlif yerlərində konsertlər verən və albom satışı edən trans kişi Tipton 74 yaşında vəfat edib.
1970-ci illərdə trans haqqları uğrunda inqilabi işlər görən amerikan tenisçi Reni Riçards hələ 1975-ci ildə cins dəyişdirməmişdən öncə 35 yaşüstü kişi tenisçiləri arasında 6-ci yerə yükləşmişdi. 1976-ci ildə Birləşmiş Ştatların Tenis Assosiasiyası tərəfindən ABŞ Açıq Tenis Turnirində iştirakına icazə verilməyən Riçards Assosiasiyanı məhkəməyə verir və qalib gəlir. 1977-ci ildə keçirilən turnirdə iştirak edən Reni Riçards finala qədər yüksələ bilmişdi. İdman karyerasından savayı həkim olan Riçardsın həyatından bəhs edən “Renée” adlı sənədli film çəkilib.
Amerikan radioloq, fizik və tüborklozis araşdırmaçı Alan Hart vərəm xəstəliyinin müəyyən olunması üçün istifadə olun rentgen şüalarından istifadə edən öncüllərdən biri olub. O həmçinin ABŞ tarixində cinsiyət dəyişimini sənədləşdirən ilk transgender kişilərdən biridir.
Treysi Afrika ləqəbli Norman ilk qaradərili trans model olaraq tanınır. 1970-ci illərdə Avon, Vogue, Essence kimi böyük brendlərlə əməkdaşlıq etmiş Normanın transgender qadın olduğu bilinəndə onun adı Birləşmiş Ştatların qara siyahısına daxil edildi. Bundan sonra o Parisə köçərək fəaliyətini orada davam etdirmişdir.
Güclü tenor səs tembri ilə tanınan Brodnaksın 1992-ci ildə ölümündən sonra onun trans kişi olduğu məlum olmuşdur.
Stonvol Hadisəsinin iştirakçısı olmuş trans fəal Miss Meycer daha sonra transgender fərdlərə dəstək göstərən təşkilatın icraçı direktoru vəzifəsində çalışıb.
Təkgöz Çarli olaraq tanınan Çarli Parkhurst Kaliforniyada valideynləri tərəfindən imtina olunmuş uşaqlar üçün evdə böyüyüb, lakin ordan qaçaraq sürücü olaraq məşhurlaşıb. Transgender kişi olduğu isə yalnız ölümündən sonra məlum olub.
Səhnə adı Kokkinelle olan Dufrensi fransız aktrisa, müğənni və aktivist olub. Onun cinsiyət dəyişi Avropada böyük səs-küyə səbəb olmuşdu. O, 1962-ci ildə “Los Viciosos”, 1968-ci ildə isə “Días de Viejo Color” adlı filmlərdə yer alıb. Daha sonra isə cins dəyişimi üçün dəstəyə ehtiyacı olan şəxslərə bağlı “Devenir Femme” (Qadın olmaq) adlı təşkilatın əsasını qoyub.
Amerikan müəllif və aktivist Lou Sullivan özünü gey və trans olaraq tanımlayırdı və trans hüquqları uğrunda mübarizə aparırdı. The Gateway qəzetinin redaktoru olan Sullivan trans kişilər üçün bir çox məqalələrin müəllifi olub.
Trans haqqları haqda danışılmayan bir dövrdə Anderson ailəsinə cinsi kimliyi haqda danışmış, valideynləri isə onu qadın kimi böyüdüblər. Cəmiyyət tərəfindən trans qadın olduğu bilinəndə nikahı təhlükə altında qalmışdır. O isə öz hüquqları uğrunda məhkəməyə müraciət edən ilk trans qadınlardan biri hesab olunur.
Bunlara da bax: