top of page

"Həmişə Qadın Gözəlliyi Məni Valeh Edirdi"

Müsahibimizin 21 yaşı var. 19 yaşına qədər ailəsi ilə birgə şimal bölgəsində yaşayıb. Hazırda Bakıda kolleclərin birində təhsil alır və burada yaşayır. Saçları qısa, arıq bədəni var. Digər qızlardan maskulin görünüşü ilə seçilir.



- Uşaqlıqdan həmcinslərimə qarşı marağım olub. Həmişə qadın gözəlliyi məni valeh edirdi, məndə maraq yaradırdı. Hətta 8 yaşımda bir qızla yaxın olmuşam (gülür).


Bəs öz kimliyini neçə yaşından qəbul etməyə başladın?

- 18 yaşımda bir qızla tanış oldum. Ondan xoşum gəlirdi və beləcə yavaş-yavaş cinsəlliyi kəşv etməyə başladım özümdə. Sonra nə oldusa bundan sonra oldu.


Özünü qəbullanma prosesin necə keçdi?

- Əvvəllər daha çox tibbi məlumatlar oxuyurdum. Bunun səhv bir şey olduğunu düşünürdüm və bu məni çox qorxudurdu.


Ailəndən kiminləsə bölüşmüsən mi?

- 2017-ci ilin avqust ayı idi. Mən artıq kimliyimi dərk etmiş birisi idim. Lakin, ailəmlə bağlı məni narahat edən çoxlu suallar var idi. Anamla evdə iş görərkən normal ana-qız münasibətində olduğu kimi anam evliliklə bağlı mövzu açdı. Mən anama açıq şəkildə oğlanlardan xoşlanmadığımı deyəndə "sənə bir qız alarıq" deyə cavab verdi. "Sən də o əkscinslilər kimi edərsən" deməyi məni xeyli təəccübləndirdi. Onun əkscinslilər sözünü səhv işlətdiyini bilirdim. Həmin ərəfələr hər şeyi araşdırdığımı bilirdi, buna görə məni qınayacağını düşündüm amma heç nə demədi. Sonra sakit bir gülüşlə "o zaman sənə bir qız axtarım" dedi. Mən daha çox təəccüb etməyə başladım və bir qədər sakitçilik çökdü. Sükütdan istifadə edib özümdə curət topladım və ona LGBT haqqında danışmağa başladım. Real trans qadın və kişilərin həyat hekayələrini anlatdım. Müxtəlif homoseksual məşhurları nümmunə göstərdim hətta Anjelina Julinin qızının transman olduğunu dedim və nələr keçirdiyini danışdım. Bütün bu söhbət zamanı anam heç bir söz demədən sakitcə məni dinləyirdi. Oxuduğum bütün tibbi məlumatları onunla bölüşdüm. Necə övlad sahibi olduqlarından tutmuş LGBT-yə aid bildiyim bütün məlumatları ona dedim. Dinlə bağlı bəzi şeylər xaric heç nəyə etiraz etmədi. Sonra qardaşım gəldi və söhbətimiz yarımçıq qaldı. Səhəri günü telefonumda iki homoseksual qadının qucaqlaşma şəklini görüb "bu nədir?! Tez sil bunları" dedi. Atam orda idi deyə daha çox uzatmadı. Daha sonralar da telefonumda sevdiyim lezbiyan aktrisanın həyat yoldaşı ilə səmimi fotolarını gördü amma heç nə demədi. Sonralar təhsil üçün mən Bakıya gəldim. Hazırda həyatımda canımdan çox sevdiyim qadın var. Təbii ki ailəm onu yaxın dostum bilir. Amma buda yetər mənə. Əsas odur ki qarışmırlar mənə. Arada yavaş-yavaş anama onunla aramızdakı münasibətin dostdan daha artıq olduğunu başa salıram. Artıq anam da qardaşım da əmim və xalam uşaqları da bilirki həmcinslərimə qarşı marağım var. Bilirlərki mən başqa qızlar kimi deyiləm.


Bəs qohumlarının münasibəti necə oldu?

- Xalam oğluna sevdiyim qızı necə sevdiyimi danışıram. Məni dəstəkləyir, xoşbəxt ol deyir. Əmim qızına isə onun haqda danışanda baxışlarından anlayıramki artıq hər şeyi bilir.


Hazırki sevgilinlə necə tanış olmusan?

- Bir dəfə kollecdən olan dostlarımla şəkil çəkdirdik və mən o şəkli öz instaqram profilimdə paylaşdım. Gecə saat 1ə işləmiş mesaj gəldiki bugün səni metroda görmüşəm. (çox gümanki qısa saçlarımdan tanıyıb məni). Və beləcə başladıq söhbət etməyə.


Gələcəklə bağlı planlarınız nələrdir?

- İkimiz də ölkədən getməyi düşünürük. Hazırda o 3-cü kursda təhsil alır, mən isə 2-ci. Bəlkədə o məndən biraz tez tərk edəcək. Və beləliklə 1 ya 2 il bəlkə də daha çox bir-birimizdən uzaq qalacıyıq. Amma səbr etsək, istəsək və çalışsaq qovuşacıyıq. Çoxları mənə deyir ki o səni gözləməyəcək. Amma əminəmki o məni sevir və gözləyəcək. Bunu deməsə belə dəfələrlə hiss etdirib. Çünki mənim xasiyyətim çox çətindir hər adam dözməz mənə amma o dözür. Bunu ancaq sevən insan edər.


Son olaraq oxucularımıza demək istəydiyin söz var mı?

- Demək istərdim ki, özünüzü tam dərk etmədən mən buyam deməyin. Nəyisə tam dərk edin, öyrənin sonra danışmağa başlayın çünki sizin qarşınızda çox çətin bir həyat və saysız suallar var. Hamının qarşısında dik durmağı bacarmalısınız. Çalışın çevrənizə elə insanlar alınki sizə maneə deyil dayaq olsun. Mənə ən böyük dəstəyi dost dediyim insanlar verdi və hələ də yanımdadırlar həmin şəxslər. Son olaraq əgər həyatınızda biri varsa onu sevin və sevginizə sahib çıxın. Bir problem olanda qaçmayın çünki problemlər hər ikinizi "sən", "mən" olmaqdan çıxarıb "biz" edəcək. Gələcəyə həmişə ümidlə baxın çünki gözləmədiyiniz yerdən bir qapı açılacaq. Mənim yaşadıqlarım buna bir sübutdur.


 

Bunlara da bax:

95 görüntüleme
bottom of page