top of page

Homoseksuallığın müalicəsi var?



20ci əsrin əvvəllərində homoseksuallıq bir xəstəlik hesab olunurdu və bunu müalicə etmək lazım idi. Həkimlərin ağlına ilk gələn şey “kəsib doğramaq” idi. Amma bu heç bir nəticə vermir. Sonra daha original bir şey düşündülər. Pavlovun metodları kimi. Başladılar homoseksualları qaranlıq otağa salıb və onları masturbasiya etmələrinə məcbur etməyə. Pik nöqtədə işiqlar yanırdı və homoseksualın gözünün qabağında divarda nəhəng lüt qız şəkli peyda olurdu. Amma bu da kömək etmirdi. Oriyentasiya olduğu kimi qalırdı. Daha sonra isə homoseksuallara lüt kişillərin şəkilləri göstərilirdi. Homoseksuallar ehtiraslananda onları elektrik cərəyanı ilə vururdular bəzən isə iynə ilə maye vururdular. Bu onlarda ürəkbulanma yaradırdı. Düşünürdülər ki, bəlkə belə kişi bədəni görəndə iyrənərlər. Bu prosedura 10-20 seansdan ibarət idi. Proseduranın sonunda pasientlər kişi bədəninnən iyrənirdilər Ancaq bu qısa bir müddət belə olurdu. Bir az keçəndən sonra hər şey öz yerinə qayıdırdı. Sonra Ziqmud Freydin fikirlərinə əsaslanaraq, düşünürdülər ki, bəlkə uşaqlıqda nəsə hadisə olub və bu hadisə onların psixikasını pozub. Artıq pasietnləri psixoanalizə yönəldirdilər.Lakin bu da faydasız olurdu.Hətta hipnoz belə kömək etmirdi. Beləliklə, XX-ci əsrin 50ci illərində həkimlərin beyninə “dahiyanə” bir ideya gəlir. Kəsib doğramaq… Amma bu dəfə beyini. Hipotalamusu kəsib seksual reflekslərə cavab verən yerləri kəsirdilər. Nəticədə pasienti ya paraliç vururdu vəya gözləri pis görürdü Ən sonda isə seksual heç nəyə marağı olmurdu. 1969 -cu ildən belə əməliyyatlar kəsildi. Bir az sonra artıq həkimlər hormonoterapiya etməyə başlayırlar. Amma yenədə alınmır. Hormonlara görə pasient ya kökəlməyə və sinəsi çıxmağa başlayırdı. 1973 -cü ildə Amerika psixiatrlar assosiasiyası səs vermə nəticəsində ümümiyyətlə homoseksualizimi psixiki xəstəliklər siyahısından çıxardır.

Hazırda xəstəliklərin adlandırılması ,təyini Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT-10) əsasən müəyyən edilir. Homoseksualizm 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılığa gəlməyən Çində də homoseksualizm 2001-ci ildə Çin Psixiatrlar Cəmiyyəti tərəfindən aparılan 5 illik tədqiqatdan sonra “Ruhi Xəstəliklərin Çin Təsnifatı”ndan silinmişdir.

246 görüntüleme
bottom of page