top of page

Nəyə Görə Müxtəlif Ölkələrdə LGBTQ+yə Münasibət Fərqlidir?


Bu yaxınlarda Tayvanda homoseksualların evlilik hüququ bərpa olduqdan sonra minlərlə həmcins cütlük nikaha girmək üçün qeydiyatdan keçdi. Bu hadisə adada böyük dəyişikliyə gətirib çıxardı. Beləki bir çox insan artıq homoseksuallara münasibətini müsbət istiqamətdə dəyişməyə başladı.

Bəzi ölkələrdə də son zamanlar LGBTQ+ icmasına münasibətin normallaşması halları müşahidə olunur. Məsələn, 2007-ci ildə 5 Cənubi Koreya vətəndaşından sadəcə 1i homoseksuallığın normal qəbul olunmasını düşündüyü halda 2013-cü ildəki sorğuda bu rəqəm 2 dəfə artdı. Münasibətin nisbətən yaxşılaşdığı ölkələr arasında Argentina, Çili, Avstraliya və Hindistan da yer alır. Lakin, münasibətin normallaşmağa doğru irəliləməsi tam bərabərliyin əldə olunması mənasına gəlmir. Məsələn, Tayvan höküməti həmcins cütlüklərin qəyyumluq hüquqlarını qismən qısıtlayıb.


Digər ölkələr isə daha sərt anti-LGBT qanunlar qəbul edirlər, və hələ də 69 ölkədə həmcins münasibət qeyri-qanuni olaraq qalır. Bu ilin may ayının 24-də isə Kenya Ali Məhkəməsi həmcins münasibəti ləğv edən qanun qəbul edib.

LGBTQ+yə Qarşı Ölkələr


Bəzi ölkələrdə LGBTQ+ icmasına mənfi münasibət dərin kök salıb və daha da genişlənir.

Məsələn, Qanada həmcins münasibət həbs cəzası ilə nəticələnir və bu mənfi münasibət hər gün daha da pisləşir. 2013-cü ildəki sorğunun nəticələrinə əsasən 96% qanalı homoseksuallığın normal qəbul olunmasına qəti qarşıdır.


Qanunla homoseksuallığın qadağa edilməsi həmin ölkədə homoseksuallığa münasibətin hansı səviyədə olduğunu göstərir. Məsələn, bu yaxınlarda Bruney sultanlığı kişilər arasındakı həmcins seksi qadağa etmişdi və bu daş-qalaq edilərək ölümlə cəzalandırılırdı.


Digər məsələ isə ondan ibarətdir ki, bəzi ölkələrdə qanun LGBTQ+yə qarşı yumşaq yanaşsa da, reallıqdakı münasibət təmamilə fərqli ola bilir. Məsələn, bu yaxınlarda Brazilyanın Ali Məhkəməsi homofobiya və transfobiyanın qeyri-qanuni olması lehinə qərar qəbul etdi. Lakin, qarşılığında isə LGBTQ+ fərdlərinin öldürülməsi faktlarında artım müşahidə olunur.


Bəs niyə dünyada gey və lezbiyanlara qarşı münasibət bu qədər kəskin dəyişkəndir?

Araşdırmalar göstərir ki, səbəblər əsasən 3 faktordan ibarətdir- iqtisadi inkişaf, demokratiya və din.


Bəzi teoremlərə əsasən ölkənin iqtisadi inkişafı LGBTQ+yə münasibət də daxil olmaqla xalqın rəftarında böyük rol oynayır. Əsasən kasıb ölkələr bu məsələdə dəstəkçi olmurlar. Səbəb isə xalqın əsasən həyatda qalmaq üçün sadə faktorlara yönəlməsidir. Beləki, təmiz su, qida, təhlükəsizlik haqda narahat olan insanlar cəmiyyətdəki digər qruplara qarşı laqeyd olurlar. Bu tendensiya əsas qrupa bağlılığa gətirib çıxarır- əsas normalara qarşı dəstək artır, beləliklə “ənənəvi” heterosekusal ailə strukturu dəstəklənir.


Digər tərəfdə isə, daha zəngin ölkələrdə xalqın yaşadığı şərait daha yaxşı olur. Nəticədə çoxluğun öz talehi haqqında qərar qəbul etmək azadlığı olur və insanlar özünüifadəyə daha çox önəm verməyə başlayır. Varlı ölkələrdə hər kəsin həmcins münasibətləri dəstəkləməməsinə baxmayaraq statistikaya əsasən onlar dəstəkçi olmağa daha çox meyilli olurlar.


LGBTQ+ icmasına münasibətin belə kəskin dəyişməsinə təsir göstərən amillərdən biri də demokratiyadır.

Demokratik ölkələrdə bərabərlik, ədalət, etiraz etmə haqqı dövlət və bilavasitə xalq tərəfindən təmin olunur. Nəticədə gey və lezbiyanlar kimi fərqli olaraq görülən fərdlərin cəmiyyətdə qəbul olunmaq ehtimalı daha yüksəkdir. Lakin, insanların demokratiyanı mənimsəməsi zaman ala bilər. Uzun müddətli demokratik ölkələrlə müqayisədə köhnə komunist ölkələri Rusiya və Sloveniya homoseksuallığa tolerant münasibətdə geri qalırlar.


Digər faktor isə din amilidir.

Dini inancların dövlət səviyəsində güclü olmayan Danimarka, Belçika, Norveç, İspaniya, İsveç vəs. kimi Qərbi Avropa ölkələri həmcins evliliyini qanuniləşdirən ilk ölkələr arasındadır.

İslam və konservativ katolik dini inancların üstün olduğu Yaxın Şərq və Afrika ölkələri LGBTQ+yə qarşı xoşgörü münasibətlərində ən sonda gəlirlər. Demək olarki Afrika və Asiya ölkələrinin yarısında həmcins münasibət qeyri-qanunidir hardaki insanların 60-98%-i dinin vacibliyini vurğulayır. Bu faiz göstəricisi həmcins münasibətin bütün ölkələrdə qanuni olduğu Avropa ilə müqayisədə xeyli yüksəkdir.

Varlı, daha demokratik, və daha az dini inanclı ölkələrin daha çox tolerant olmasına baxmayaraq bir neçə istisnalar da mövcuddur. Beləki, dini inancların az yayıldığı Çində qonşu Tayvanla müqayisədə LGBTQ+yə tolerant münasibət xeyli aşağıdır.


Münasibətdə dəyişikliklər

Kubada LGBT fəallarının aksiyası
Kubada LGBT fəallarının aksiyası

Ölkələr hər zaman iqtisadi, demokratik və dini göstəricilərdə bir-birindən fəqrləniblər. Bəs nə üçün son 20 ildə insanların rəftarları və qanunlar belə kəskin dəyişib?


Bəzi fərziyələrə əsasən yaşlı nəsil azaldıqca münasibətlər də dəyişir və daha çox liberallaşır. Digər fikrlərə əsasən bu dəyişkənliyə səbəb dövrün tendensiyası və mediyadır.

Başqa bir iddia isə real həyatda tanışlığın bu dəyişkənliyə səbəb olmasıdır. Beləki, ailə üzvü və ya dostu LGBTQ+ fərdi olan şəxsin LGBTQ+ dəstəkləməsi ehtimalı daha yüksəkdir. 1993-cü ildəki sorğuda yalnız 22% amerikalı lezbiyan ya gey dost və ya ailə üzvünə sahib olduğunu demişdi. 2013-cü ildə isə bu rəqəm 65%-ə yüksəlmişdi. Bu isə LGBTQ+ fərdlərin öz cinsi yönəlim və kimlikləri barədə ətrafdakı yaxın adamlara kominq out (aşkara çıxma) etməsi ilə bağlıdır.


Lakin, bütün ölkələrin yaxın zamanda daha tolerant olacağını demək düzgün olmaz.


 

Bunlara da bax:

46 görüntüleme
bottom of page