21 Şub 20192 dk.

Məktəblərdə LGBT təhsili

“Dini inanclarından asılı olmayaraq hər bir uşaq həmcins cütlüklər haqqında öyrənməlidir.”

Təhsildə Uşaqlara Xidmətin Standardlaşdırılması Komitəsinin (TUXKS) rəhbəri belə deyib.

TUXKSın aparıcı inspektoru Amanda Spielmen BBC-yə müsahibəsində bildirib ki, uşaqların cəmiyyətdə müxtəliflik haqda öyrənməsi vacibdir. Onun sözlərinə görə uşaqlar bilməlidirlər ki, 2 ana və ya 2 atadan ibarət ailələr var.

Şagirdlərə həmcins cütlüklər və cinsi kimliyin tədris olunmasına qarşı çıxan yüzlərlə dindar (müsəlman və xristian) valideyn Birminqam məktəbinin ətrafında etiraz aksiyası keçiriblər.

Etirazçılar bildiriblər ki, tədris olunan cinsi yönəlim və kimliklə bağlı hekayə kitabları onların inancı ilə üst-üstə düşmür. Onların sözlərinə görə sözügedən proqramı başladan və özü də homoseksual olan baş köməkçi Andrey Moffat homoseksuallığın normal qəbul edilməsi ilə bağlı şəxsi fikir və düşüncələrini təşviq edir.

Xanım Spielmenin deyib ki, dərslər uşaqlara bəzi insanların əks cinslə bəzilərinin isə öz həmcinsləri ilə evlənmək istədiklərini öyrətmək üçün keçirilir.

“Ənənəvi tədrisdə öyrədilən məzmuna uyğun gəlməyən (yalnız kişi-qadın münasibəti) uşaqlar yalnış və ya xəstə olduqlarını düşünməməlidirlər”

Anonim qalmaq istəyən bir qadın valideyn məktəbi “uşaqların beyninə fikir yeritmək”də günahlandırıb. “Başqalarının yatağında nə baş verdiyini bilmək üçün çox gəncəm” deyə onun etirazda iştirak edən qızı bildirib.

“Bu elə bir şeydir ki, onu uşaqlarımıza özümüz öyrətməliyik, məktəb bunu məcburi etməməlidir”

Homofob olduğunu inkar edən həmin qadın “bu bizlik deyil, və biz bununla razı deyilik” deyib.

Cənab Moffatın BBC-yə bildirib ki, onun başlatdığı proqramla razılaşmayan valideynlərdən ölüm təhdidləri və təhqirlərlə dolu mesajlar alır.

Xanım Spielmenin sözlərinə əsasən dərslər “seks təhsili” haqda deyil cəmiyyətdə müxtəlifliyin anlaşılması haqqındadır.

“Biz çoxluğun qərarını başa düşürük, lakin hər zaman narazı olanlar olur. Əsas olan hər zaman istədiyimizin olmamasını anlamaqdır.”

O həll yolunu mədəni, rasiyonal müzakirələrdə görür etirazlarda deyil.

Bütün bunlara baxmayaraq, yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılır və bəzi valideynlərin sözlərinə görə belə davam etsə onlar hökümətdən bərabərlik qanununda dəyişikliyin edilməsini tələb edəcəklər. Valideynlər onların inanclarına uyğun olmayan dərslərin tədris olunmaycağına ümid edirlər.

Bunlara da bax:

52